NATO Müttəfiq Quru Qoşunları Komandanlığının 30 Avqust Zəfər Bayramı münasibəti ilə etdiyi paylaşım Yunanıstanı qəzəbləndirib.
AzerTimes xəbər verir ki, Yunanıstanın “Ta Nea” qəzeti “İnanılmaz paylaşım. NATO bombaladı: Türkiyənin 1922-ci ildə Yunanıstan üzərində qələbəsini qeyd etdilər” başlıqlı xəbərlə çıxış edib.
Digər tərəfdən yunan dilində yayımlanan “in.gr” xəbər saytı da bu xəbərə geniş yer ayırıb.