NATO-nun sammitlə bağlı planları məlum oldu

NATO-nun sammitlə bağlı planları məlum oldu

NATO-nun Vilnüsdə keçiriləcək sammitlə bağlı planları məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” müzakirə iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, alyansın liderləri təhlükəsizlik öhdəliklərini rəsmiləşdirməyi planlaşdırır. Xüsusilə, NATO 5-ci maddəyə riayət etmək üçün təklif olunan təhlükəsizlik təminatlarının alyansa üzvlük məsələsindən tamamilə ayrı olduğunu vurğulayacaq.

Qeyd edək ki, sabah Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Teqlər: