NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12% artıb.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun məlumatında bildirilib.
Ümumilikdə alyansın 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq.
Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən 1,3 milyard avro təşkil edəcək ki, bu da cari ilə nisbətən 30% artım deməkdir.