NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika
Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını
keçirəcəklər.
AzerTimes-ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətinin
yaydığı açıqlamada deyilir.
“Çərşənbə günü, martın 16-da Şimali Atlantika Şurasının müdafiə
nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək.
Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar
aparacaqlar”, – deyə açıqlamada deyilir.
Görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat
verilməyib.