NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü iyunun 15-16-da Brüsseldə keçirilməsi planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, NATO-nun Belçika paytaxtındakı mənzil-qərargahında keçiriləcək görüşə qurumun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.