Yunanıstanın Egey dənizində Türkiyə Hərbi Hava Qüvvələrinə qarşı hərəkətləri regionda sabitliyi pozmaq planının bir hissəsidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Şərqi Aralıq dənizində Türkiyənin hüquqlarını pozmaq cəhdlərinin arxasında duran əsl səbəbləri yaxşı bilirik. Bu gün Türkiyə sərhədləri yaxınlığında terrorçuları pulsuz silahlandıran qüvvələrin və dairələrin məqsədlərindən də xəbərdarıq, baxmayaraq ki, onlar vaxtilə Ankaraya pul müqabilində belə silah verməkdən imtina ediblər. Bir vaxtlar milli təhlükəsizliyə artan təhdidlər fonunda Türkiyəyə lazımi dəstək verməyən NATO-nun bu gün kimə kömək etdiyini də görürük”, – Ərdoğan bildirib.