İraqda NATO qüvvələrinin artırılması yalnız rəsmi Bağdadın istəyi əsasında həyata keçirilə bilər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu NATO-nun İraqdakı missiyasının komandanı danimarkalı general Per Olsen deyib.
P.Olsen bildirib: “NATO missiyası İraq səlahiyyətlilərinin istəyi ilə İraqdadır və ölkədəki vəzifələrinin genişləndirilməsi yalnız bu ölkənin hökumətinin istəyi ilə həyata keçirilə bilər”.
Xatırladaq ki, fevralın 18-i NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul etmişdilər. Qərara əsasən, İraqdakı missiyanın sayı 500 nəfərdən 4 min nəfərə qədər artırılmalıdır. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək.