NATO-nun ilk daimi donanma qrupunun gəmiləri planlaşdırılan səfər çərçivəsində bu gün Tallinə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələri məlumat yayıb.
“NATO-nun 1-ci daimi dəniz qrupunun gəmiləri – Almaniyanın “Brandenburq” freqatı və Portuqaliyanın “Bartolomeu Diaş” freqatı Tallinə çatıb. Tallinə səfər gəmilərin ekipajlarına növbəti vəzifələrə hazırlaşmaq və estoniyalı həmkarları ilə ünsiyyət qurmaq imkanı verəcək”, – məlumatda deyilib.