Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır.
AzerTimes xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir.
Manevrlərə Norveç rəhbərlik edir.
Təlim martın 15-dək davam edəcək.
Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.
“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.