NATO-nun bütün texnikası məhv ediləcək – Antonov

NATO-nun bütün texnikası məhv ediləcək – Antonov

ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə “son ukraynalıya qədər döyüşmək” konsepsiyasına sadiqlik nümayiş etdirir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib.

“Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar “kukla rejimini” uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər”, – o vurğulayıb.

Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır:

“Ukrayna Silahlı Qüvvələrinin Qərb silahıyla törətdiyi bir terror aktı belə cavabsız qalmayacaq. NATO-nun bütün texnikası və sursatları məhv ediləcək. Amerikalıların Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb. Vaşinqton bilməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır”.

Teqlər: