NATO-nun bütün ölkələri razıdır: Rutte baş katib olacaq

NATO-nun bütün ölkələri razıdır: Rutte baş katib olacaq

NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

Teqlər: