NATO-nun bundan başqa yolu yoxdur – Kuleba

NATO-nun bundan başqa yolu yoxdur – Kuleba

NATO ölkələri bəhanə axtarmağı dayandırmalı və Ukraynanın Alyansa qəbul edilməsinin alternativinin olmadığını etiraf etməlidir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

“Bəhanələri bir kənara qoymağın və nəhayət etiraf etməyin vaxtıdır ki, əgər NATO-nun məqsədi Avro-Atlantik birliyin təhlükəsizliyini təmin etməkdirsə, Ukraynanı qəbul etməkdən başqa alternativ yoxdur. Mən NATO-nun Ukrayna ilə bağlı hazırkı öhdəliyinə şübhə etmirəm. Alyansın üzvləri Rusiyanın tammiqyaslı işğalı başlayandan Kiyevə həyati yardım göstərdi. Lakin Ukrayna və Avro-Atlantik regionun uzunmüddətli təhlükəsizliyinə gəldikdə mən NATO-nun strategiyasına şübhə ilə yanaşıram”, – Kuleba qeyd edib.

Teqlər: