NATO-nun Baş katibi Prezident İlham Əliyevə zəng edib

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya
səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında
çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Dövlətimizin başçısı dəvətə və göstərilən qonaqpərvəliyə görə
təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin
inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda
postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə
və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi
aparılıb.

NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına
və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə
edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin
önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam
edəcəyini diqqətə çatdırıb.

Teqlər: