NATO 300 min əsgəri Polşaya göndərilmək üçün yüksək səviyyədə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Polşa Baş Qərargah rəisinin müavini Karol Dımanovski deyib.
“Əvvəllər NATO-nun qalxanı olmaq üçün 40 min əsgər hazırlaşdırılırdısa, hazırda 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, – Dımanovski bildirib.