Cənubi Qafqaz məsələsi NATO-nun qarşıdan gələn nazirlər görüşünün gündəliyində deyil.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit deyib.
“NATO-nun nazirlər görüşü çərçivəsində Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, bunun gündəliyin formal hissəsi olacağını düşünmürəm. Amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı?”, – Smit vurğulayıb.
Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında ikigünlük müşavirə keçirəcəklər.