Əgər Rusiya Ukraynadakı silahlı münaqişədə qalib gəlsə, Rusiya ilə Qərb arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olacaq.
AzerTimes xəbər verir ki, bu fikri “Virtualna Polska” portalına müsahibəsində Polşa prezidenti Andjey Duda deyib.
Onun sözlərinə görə, NATO hərbi münaqişəyə hazır olmalıdır:
“Müəyyən mənada bəli, NATO müdafiə ittifaqıdır, lakin qədim müdrik kəlam var: Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etmək fikrinə düşməsin”.