Əgər NATO bəzi Amerika elitasının təsiri altında Rusiya ilə müharibə kursunu davam etdirsə, Şimali Atlantika Alyansı dağılacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
Onun sözlərinə görə, alyansın əksər üzvləri Moskva ilə silahlı münaqişəyə girmək istəməyəcək və sadəcə olaraq hərbi blokdan çıxacaqlar.
“Polşadan başqa NATO-da heç kim Rusiya ilə müharibədə maraqlı deyil. Əgər bu xətti izləməyə davam etsək, NATO-nun necə parçalanacağını və yox olacağını görəcəyik”, – polkovnik söyləyib.