Ukrayna artıq Şimali Atlantika Alyansı məkanında azadlığı müdafiə edir və NATO liderlərindən bunu etiraf etmək üçün cəsarət gözləyir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Ukrayna artıq AB-ni görünməmiş səviyyədə birləşdirə bilib:
“Bu, bir çox siyasi, iqtisadi sanksiyalar və humanitar qərarları özündə birləşdirən dəyərlər birliyidir. Ukrayna NATO-nun mənəvi gücünü aktivləşdirir”.