NATO Kosovada hərbçilərin sayını artırır

NATO Kosovada hərbçilərin sayını artırır

NATO-nun himayəsi altında Kosovada fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizlik Qüvvələrində (KFOR) hərbçilərin sayı təlimlərlə bağlı müvəqqəti olaraq artırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə NATO açıqlama yayıb.

“27 sentyabr – 2 noyabr tarixlərində KFOR-un ehtiyat birliklər üçün keçiriləcək təlimə İngiltərədən hərbi heyət də qatılacaq. Sözügedən heyət sentyabrın 11-də Kosovada olacaq. Təlimlərin keçirilməsi KFOR-un yüksək hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. Təlimlər bitdikdən sonra Britaniya bölməsi Kosovonu tərk edərək öz ölkələrinə qayıdacaq”, – məlumatda bildirilir.

Teqlər: