NATO-ya üzv ölkələr Ukraynaya 40 milyard avro məbləğində hərbi yardımı maliyyələşdirməyə razılaşıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“NATO baş katibi Yens Stoltenberq üzv ölkələrindən Ukraynaya hərbi yardımı olduğu kimi saxlamağı xahiş edib. Bu da ildə təxminən 40 milyard avro təşkil edəcək. NATO liderləri sazişi gələn həftə Vaşinqtonda imzalayacaqlar”, – məlumatda qeyd olunub.