NATO ilə Rusiya arasında birbaşa qarşıdurma üçüncü Dünya
müharibəsi deməkdir.
AzerTimes-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ
Evdə Ukraynadakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.
“NATO ilə Rusiya arasında birbaşa qarşıdurma üçüncü Dünya
müharibəsi deməkdir və biz bunun qarşısını almağa çalışmalıyıq.
Lakin biz Avropadakı müttəfiqlərimizlə çiyin-çiyinə durmağa
davam edəcəyik və aydın mesaj göndərəcəyik: NATO ərazisinin hər
qarışını tam gücümüzlə – birləşərək və yeni NATO enerjisini nümayiş
etdirərək müdafiə edəcəyik”, – deyə C.Bayden bildirib.