NATO təcili olaraq sammitdən əvvəl Ukrayna üçün təhlükəsizlik təminatlarını razılaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” NATO diplomatına istinadən məlumat yayıb.
“Söhbət Ukraynada müharibə bitənə və ölkə NATO-ya daxil olana qədər keçid dövrü üçün təhlükəsizlik öhdəliklərinin razılaşdırılmasından gedir. Əslində, bu, Ukrayna üçün onların silahlı qüvvələrini çox uzun müddət təchiz edəcəyimizə, onları maliyyələşdirəcəyimizə, onlara məsləhətlər verəcəyimizə, onlara təlim keçəcəyimizə zəmanət olacaq ki, gələcək təcavüzün qarşısını almaq qabiliyyətinə malik olsunlar”,- diplomat bildirib.