NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstandakı “Xarici agentlər haqqında” qanun layihəsinin geri götürülməsini alqışlayıb.
AzerTimes xəbər verir ki, Kolomina bu barədə Tvitterdə yazıb.
“NATO bu qədər narahatlıq və etiraza səbəb olan qanun layihəsinin qeyd-şərtsiz geri götürülməsini alqışlayır”, – deyə o bildirib.
O əlavə edib ki, NATO bu ölkədəki bütün maraqlı siyasi qüvvələri islahatlar və Avro-Atlantik inteqrasiya gündəliyinə qayıtmağa çağırır.
Qeyd edək ki, kütləvi etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.