NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze deyib.
Şaradzenin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.