NATO-nun yaxın gələcəkdə Finlandiyada döyüş qrupları yaratması ehtimalı azdır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” NATO-dakı mənbələrə istinadən yazır.
Alyansın yüksək rütbəli rəsmisi bildirib ki, Hazırda Finlandiyada NATO döyüş qruplarını yerləşdirmək planları yoxdur.
O əlavə edib ki, NATO Ali Komandanlığı daim təhdidləri qiymətləndirir və lazım bildiyi təqdirdə belə bir addımın atılmasını tövsiyə edə bilər.
Qeyd olunur ki, Finlandiya hələ ki, öz ərazisində NATO-nun döyüş qrupunun yerləşdirilməsi ilə bağlı sorğu verməyi planlaşdırmır.