Finlandiya və İsveçin NATO-ya qoşulması məsələsi tez bir zamanda həll oluna bilər, çünki onlar bunun üçün lazımi tələblərə cavab verirlər.
AzerTimes-ın məlumatına görə, bunu “Yule” teleşirkətinə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen deyib.
“Əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etsələr, biz bu məsələni bir gecədə həll edə bilərik. Siz bütün tələb olunan kriteriyalara cavab verdiyiniz üçün ertəsi gün təşkilata üzv ola bilərsiniz”, – deyə sabiq baş katib bildirib.
Xatırladaq ki, daha əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq bildirmişdi ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması çox tez bir zamanda həll ola bilər, lakin bu ölkələrin özləri üzv olmaq istəməlidirlər.