NATO erməni və türk tandemi arasında seçim etməyəcək

NATO erməni və türk tandemi arasında seçim etməyəcək

Son aylar Ermənistanın xarici siyasətində ciddi dəyişiklik və onun strateji müttəfiqi Rusiya ilə münasibətlərinin soyumasına dair müzakirələr adi hala çevrilib. Belə informasiya kontekstində Qafqaz geosiyasətində birbaşa və ya dolayısı ilə iştirak edən şəxslərin istənilən bəyanatı, eləcə də müsahibəsi ekspertlərin artan marağına səbəb olur. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın son müsahibəsi də istisna deyil.

AzerTimes xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib.

“Stoltenberqin xüsusi nümayəndəsi erməni tərəfdaşlarına təriflər yağdırır. O, daim Ermənistanın xarici siyasətində yaranan dönüşü, İrəvan və Brüssel arasında əməkdaşlıq üçün iddialı planların mövcudluğunu, ikitərəfli qarşılıqlı fəaliyyətin yüksək tempindən danışır. Bu əməkdaşlıq əvvəllər də olub. Bununla belə, İrəvanın regional və dünya miqyasında “dönüşlərini” qiymətləndirərkən, indiki gündəmin girovuna çevrilməmək lazımdır. Vacib bir nüans daha var! Brüssellə İrəvan arasında əməkdaşlığın hazırkı mərhələsi Qarabağdan sonrakı dövrə və Rusiya-Ermənistan münasibətlərinin kəskin soyumasına təsadüf edir. Erməni siyasətçilərinin və cəmiyyətinin bir hissəsi Qarabağın itirilməsində Moskvanı günahlandırır. Nəticədə müdafiə və təhlükəsizlik sahəsində bəzi “kompensasiya mexanizmləri”nə tələbat var. Kolominanın son səfərini Ermənistan ordusu gününün qeyd olunmasına 9 gün qalmış etməsi simvolikdir. Bu arada NATO-nun “kompensasiyaları” ilə bağlı müəyyən problemlər var. Ermənistandakı rus tənqidçilər Moskvanı İrəvanla türk tandemi arasında aydın seçim etməkdən imtinada günahlandırırlar. Lakin NATO da bunu etmək istəmir. Ermənistan mediasına verdiyi müsahibədə Kolomina Türkiyəni birmənalı olaraq yüksək qiymətləndirir və onu Qafqazda çox vacib, hətta əsas müttəfiq adlandırır. O, Ermənistan üçün yeni olan “Fərdi Tərtib edilmiş Tərəfdaşlıq Proqramı” haqqında da danışır. Amma bu mövzu Azərbaycanla çox intensiv müzakirə olunur. Deməli, NATO Ermənistanla türk geosiyasi tandemi arasında seçim etmir, heç vaxt da etməyəcək”, – o bildirib.

Teqlər: