NATO-ya üzv olan 30 ölkənin xarici işlər nazirləri Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyiblər.
AzerTimes-ın məlumatına görə, bunu alyansın XİN rəhbərlərinin Brüsseldə keçirilən iclasının ilk gününün yekunları üzrə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq bildirib: “Bu gün biz yekun qərar qəbul etmədik, lakin qərar verdik ki, qoşunlarımızın təhlükəsizliyini təmin edəcəyik”.