NATO düşmənsiz yaşaya bilməyən bir təşkilatdır. Bu gün o, yeni obyektlər axtarışında getdikcə daha çox yeni bölgələrə – Asiyaya, Çin sərhədlərinə doğru hərəkət edir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“NATO düşmənsiz yaşaya bilməyən bir təşkilatdır. Düşmənsiz o ölə bilər. Ən əsası bu potensial düşmənin sərhədlərinə yaxınlaşaraq düşmən obrazı yaratmaqdır. İndi onlar Asiyanı alyansın maraq zonası elan ediblər. Artıq müdafiə zonalarını da Çin sərhədlərinə qədər yaxınlaşdırıblar”, – Qruşko bildirib.