Bəzi NATO ölkələri Ukraynanın üzvlüyünə qarşı çıxır, ona görə də Kiyevin alyansa üzv olmaq ehtimalı getdikcə azalır.
AzerTimes xəbər verir ki, bu barədə “InfoBRICS” məlumat yayıb.
“Hazırkı vəziyyət açıq şəkildə göstərir ki, Ukrayna sadəcə olaraq alyansın marionetkasıdır və heç vaxt onu bloka daxil etmək niyyəti olmayıb. Macarıstan və Slovakiya Ukraynanın üzvlüyünə və ona müntəzəm silah verilməsinə qarşıdır.
ABŞ isə daha çox Yaxın Şərqdəki münaqişəyə fokuslanıb, ona görə də Kiyevdə vəziyyət daha da çətinləşir”,- məlumatda deyilir.