NATO-dan Ukraynaya sürpriz – Kuleba açıqladı

NATO-dan Ukraynaya sürpriz – Kuleba açıqladı

NATO üzvləri Ukraynanın Alyansa sadələşdirilmiş qaydada – Üzvlük üzrə Fəaliyyət Planı həyata keçirilmədən qəbul edilməsinə razılıq veriblər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, üzvlük vaxtı barədə heç nə deməyib:

“Gərgin danışıqlardan sonra bu qərar qəbul edildi. NATO-ya gedən yolumuzu qısaldan və çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Ukraynanın üzv olmağa dəvət məsələsinə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır”, – o bildirib.

Teqlər: