Ukrayna hansı sərhədlərlə NATO-ya daxil olacağına özü qərar verməlidir, lakin bu sərhədlər sabit olmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Çexiyanın NATO-dakı nümayəndəsi Yakub Landovski deyib.
“Qeyri-sabitliyə və düşmənçiliyə son qoyulmalıdır. Amma sonda sərhədin haradan keçməli olduğu sualına cavab verən yeganə tərəf Ukraynadır”, – diplomat bildirib.
Onun fikrincə, hərbi əməliyyatlar bitəndə və Ukrayna sərhədləri sabitləşəndə Kiyev Şimali Atlantika Alyansına qoşula biləcək.
Eyni zamanda, Çexiya nümayəndəsinin sözlərinə görə, Moskva ilə tam hüquqlu sülh sazişi NATO-ya üzvlük üçün lazımi şərtlərə daxil deyil.