NATO-dan şok: Rusiyanın “dolayı hücumu” olarsa…

NATO-dan şok: Rusiyanın “dolayı hücumu” olarsa…

Rusiya Federasiyasının NATO ölkələrindən birinə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Düşünmürəm ki, birbaşa təhlükə var.

AzerTimes xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer deyib.

Eyni zamanda o qeyd edib ki, alyans Rusiyanın ambisiyalarının Ukrayna ilə məhdudlaşmayacağını bilir və ittifaq buna hazırlıqlı olmalıdır.

Rusiyanın Baltikyanı ölkələrdən birinə birbaşa hücum etməyərək, qondarma “separatçılardan” istifadə edəcəyi təqdirdə NATO-nun bunu təhlükə hesab edib-etməməsi ilə bağlı suala admiral belə cavab verib:

“Alyans müqaviləsinin 3-cü maddəsinə əsasən, hər bir ölkə özünü müdafiə etməyi bacarmalıdır. Belə bir şey olarsa, o zaman təhlükəsizliyin qayğısına qalmaq müvafiq ölkənin məsuliyyətidir. Əgər söhbət hibrid əməliyyatlardan gedirsə, o zaman, məsələn, Latviya buna reaksiya verməli olacaq”.

Teqlər: