NATO-dan Rusiyaya daha bir xəbərdarlıq

NATO-dan Rusiyaya daha bir xəbərdarlıq

NATO Rusiyanı Almaniya və Çexiyaya kiberhücum etməkdə ittiham edərək qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə Alyans bəyanat yayıb.

“Kiberhücumlar NATO-nun demokratik institutlarını və milli təhlükəsizliyini zəiflətmək məqsədi daşıyır. Sözügedən hücumların Rusiya Hərbi Kəşfiyyatının tərkibindəki “APT28” adlı komanda tərəfindən törədildiyi bəlli olub. Müttəfiqlər həmçinin narahatlıqla qeyd edirlər ki, eyni təhlükə Litva, Polşa, Slovakiya və İsveç də daxil olmaqla, Alyansın digər təşkilatlarını, milli hökumət qurumlarını, kritik infrastruktur operatorlarını da hədəf alır. Təşkilat olaraq kiberhücum təhdidləri ilə mübarizədə əməkdaşlığımız davam etdirəcəyik”, – bəyanatda vurğulanıb.

Teqlər: