Rumıniya ərazisində tapılan PUA qalıqlarının Rusiya tərəfindən qəsdli hücum olduğuna dair NATO-da məlumat yoxdur.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko Rusiyanın Odessanın İzmail limanına atdığı “Şahid” PUA-larının Rumıniya ərazisinə düşərək partladığını demişdi.