NATO-dan Kosovodakı olaylarla bağlı açıqlama…

NATO-dan Kosovodakı olaylarla bağlı açıqlama…

Kosovonun şimalında baş verən toqquşmalar zamanı zorakılığı və NATO-nun sülhməramlı qüvvələri KFOR-a hücumları pisləyirik.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

“NATO Kosovonun şimalında KFOR hərbçilərinə qarşı səbəbsiz hücumları qətiyyətlə pisləyir. Hücum nəticəsində onlardan bir neçəsi yaralanıb. Bu cür hücumlar qətiyyən yolverilməzdir. Zorakılıq dərhal dayandırılmalıdır”, – bəyanatda deyilir.

NATO bütün tərəfləri gərginliyi daha da artıran hərəkətlərdən çəkinməyə və dialoqa çağırıb.

Qeyd edək ki, Kosovonun şimalında toqquşmalar zamanı serblərlə yanaşı, KFOR sülhməramlılardan da yaralananlar olub.

Teqlər: