NATO-da heç kim Ermənistanı alyansa qoşulmağa çağırmayıb, lakin İrəvan bu təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Ermənistan və NATO arasında tərəfdaşlığa gəlincə, bu, bir neçə ildir ki, davam edir. Biz NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edirik və bu prosesi davam etdirməyə hazırıq”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Moskva bəyan etmişdi ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Rusiyanı sıxışdırmaq üçün Qərbin silahına çevrilməməlidir.