“NATO-dan çıxaq” çağırışına AKP-dən cavab

“NATO-dan çıxaq” çağırışına AKP-dən cavab

Türkiyə NATO-dan çıxmaq imkanını müzakirə etmir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

O bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansından kənarda qalmasını söyləmək əsassızdır:

“Biz NATO-nun təsisçi ölkələrindən biriyik. Onların bu barədə danışmağa haqqı yoxdur”.

Qeyd edək ki, ötən həftə Ana Vətən Partiyası Türkiyə rəhbərliyinə NATO-dan çıxmaq çağırışı ilə “NATO-dan çıxaq” ümummilli kampaniyası başladığını elan etmişdi.

Teqlər: