Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Təhlükəsizliyin təkcə regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq Çinin hərbi imkanlara sərmayə qoymasına işarə edib.