NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Tvitter hesabında yazıb
Kolomina Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən narahatlığını bildirib.
O qeyd edib ki, bu insident danışıqlar masası arxasında həll edilməmiş məsələlərin həllinin aktuallığını nümayiş etdirir.