NATO-dan Bakı-İrəvan arasındakı razılığa reaksiya

NATO-dan Bakı-İrəvan arasındakı razılığa reaksiya

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

AzerTimes xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X-də yazıb.

“Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, – o bildirib.

Teqlər: