NATO-dan Ankaradakı teraktla bağlı açıqlama

NATO-dan Ankaradakı teraktla bağlı açıqlama

Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayır, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tezliklə şəfa diləyirəm.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq X sosial şəbəkəsində bildirib.

“NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir”, – o bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terakt törətməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.

Teqlər: