NATO-da terror təşkilatlarını qəbul edə bilmərik.
Trend-in
məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
türkiyəli gənclərlə görüşü zamanı deyib.
O bildirib ki, yeni üzvlərin qəbul olunması üçün tam razılıq
tələb olunur.
“Bir ölkə “yox” desə, qəbul edə bilməzlər. NATO təhlükəsizlik
qurumudur, orada terror təşkilatlarını qəbul edə bilmərik. İsveç
isə terror mərkəzidir, terrorçuların yuvasıdır. Biz qəti şəkildə
siyasətimizi davam etdirəcəyik, Finlandiya ilə İsveçin NATO-ya
üzvlüyünə “yox” deyəcəyimizi bildirmişik və bu yolda davam
edəcəyik”, – R.T.Ərdoğan deyib.