NATO-da hamı Kiyevin üzvlüyünə razıdır – Stoltenberq

NATO-da hamı Kiyevin üzvlüyünə razıdır – Stoltenberq

Ukraynanın gələcəyi NATO-ya üzv olmaqdır, amma indi hərbi dəstək lazımdır.

AzerTimes xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın gələcəyi NATO-dadır. Bütün müttəfiqlər bununla razılaşırlar. Eyni zamanda, hazırda Alyans və müttəfiqlərin əsas diqqəti Ukraynanın qalib gəlməsini və Avropada suveren, müstəqil və demokratik dövlət olaraq qalmasını təmin etməkdir. Çünki bu, Ukraynanın gələcək üzvlüyü ilə bağlı mənalı müzakirələrin aparılmasının yeganə yoludur”, – Stoltenberq bildirib.

Teqlər: