NATO bütün texnikasını Kurska yeridib – Alaudinov

NATO bütün texnikasını Kurska yeridib – Alaudinov

Ukrayna ordusunun Kurska hücumunun təşkili NATO tərəfindən əlaqələndirilir, ona görə də burada Kiyevdə mövcud olan bütün növ Qərb texnikasından istifadə olunur.

AzerTimes xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov deyib.

“Aydındır ki, bu əməliyyatın əsas təşəbbüskarları amerikalılar və ingilislərdir, buna heç bir şübhə yoxdur. Təbii ki, bu əməliyyatda NATO blokunun bütün qərargahları iştirak etdiyi üçün bu dövlətlərin texnikası, texniki avadanlıqları, silahları burada yerləşir”, – Alaudinov bildirib.

Onun sözlərinə görə, Kurskda ABŞ-ın M113, “MaxxPro” zirehli transportyorları, MRAP və “Humvee” zirehli maşınları, eləcə də Fransa və İsveç texnikaları var:

“Hamısı real olaraq buradadır; burada hər şey var. Düşmənimiz bizim uduzmağımızı çox istəyir”.

Teqlər: