Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Çevik Reaksiya Qüvvələrinin sayını 300 minə çatdırmaq planı gələn ilə qədər hazırlanacaq.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Xüsusilə, gələn ilə qədər NATO-nun 40 minlik Çevik Reaksiya Qüvvələrinin hazırkı gücü 300 mindən çox əsgərə çatdırılmalıdır”, – Stoltenberq vurğulayıb.