NATO bu ölkəyə əlavə qoşun yeritdi

NATO bu ölkəyə əlavə qoşun yeritdi

NATO Kosovonun şimalındakı sülhməramlı kontingentinə əlavə qoşun cəlb edib.

AzerTimes xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.

Bildirilir ki, buna Serbiya ilə gərginliyin artması səbəb olub.

Qeyd edək ki, daha əvvəl Kosova Baş naziri Albin Kurti NATO-ya ehtiyaclarının olduğunu açıqlayıb. O bildirib ki, Serbiya ilə sərhəd çox uzundur və adıçəkilən ölkə sərhədə qoşun toplamaqda davam edir.

Xatırladaq ki, A. Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani isə hücumda serb cinayətkar dəstələrini günahlandırıb.

Teqlər: