NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin şəxsi heyətinə daha 130 hərbçi cəlb olunub.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, şəxsi heyəti gücləndirmək məqsədilə Rumıniyadan 130 hərbçi Kosovoya gəlib.
Qeyd edək ki, daha öncə sülhməramlılara Böyük Britaniya qüvvələrinin 200 hərbçisi əlavə olunub.