NATO bu bölgədə Rusiyanı sıxışdırır

NATO bu bölgədə Rusiyanı sıxışdırır

NATO Finlandiya və İsveçin ittifaqa qoşulması ilə Arktikada mövcudluğunu gücləndirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.

Bildirilib ki, alyans regionda Rusiyanın qarşısını almaq üçün müəyyən strategiya hazırlamaqdadır:

“Daha öncə Arktika bölgəsində fəaliyyətin gücləndirilməsinin ən böyük dəstəkçisi Norveç idi. NATO genişləndikdən sonra isə vəziyyət dəyişəcək. İndi artıq Skandinaviyanın 3 ölkəsi NATO vasitəsilə Arktikada təhlükəsizliyi təmin etmək üçün çalışacaq. Finlandiya və İsveç ortaq məqsədə önəmli töhfə verəcək”.

Teqlər: