Finlandiya və İsveç ərazilərində NATO bazalarının yerləşdirilməsi bu ölkələri müdafiə etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“NATO bazalarının yerləşdirilməsi nə Finlandiyanı, nə də İsveçi müdafiə edəcək. Əksinə, bu, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərinə təhlükə yaradacaq”, – Volodin Finlandiyanın Lappinranta şəhər merinin bəyanatını şərh edərkən yazıb.
Qeyd edək ki, Finlandiyanın Lappinranta şəhərinin meri NATO bazasına ev sahibliyi etməyə hazır olduqlarını bildirmişdi.